Qeydiyyat

Cleanify ilə quru təmizləmə xidmətləri artıq qapınızda

Cleanify geyimlərinizin təmizliyini təmin edən rəqəmsal xidmət platformasıdır. Biz ən etibarlı təmizlik brendlərini tək məkanda toplayaraq sizə vaxtınıza qənaət etmək imkanı yaradırıq.

Quru təmizləmə geyimlər
Təmiz və səliqəli geyim

Dəyərlərimiz və Missiyamız

Sizin məmnuniyyətiniz bizim əsas hərəkətverici qüvvəmizdir. Biz bu dəyərlər üzərində böyüyürük.

STRATEJİ BAXIŞ

Missiyamız

Missiyamız quru təmizləmə üçün ayrıca gün ayırmaq və plan qurmağa son qoymaqdır. Geyimlərinizin baxımını tam avtomatlaşdırır, istədiyiniz ünvana hər zaman təravətli və hazır çatdırırıq.

Peşəkarlıq

Hər bir sifarişin vahid xidmət və keyfiyyət standartlarımıza uyğun icra olunmasına birbaşa nəzarət edirik.

Etibar

Geyimlərinizin təhlükəsiz çatdırılması əsas prioritetimizdir. Daşınma zamanı yarana biləcək hər hansı itmə və ya zədələnmə halında Cleanify tam məsuliyyət daşıyır.

Vaxtınıza Qənaət

Geyimlərin götürülmə vaxtını və yerini siz təyin edirsiniz. Təmizləndikdən sonra isə kuryerimiz onları istədiyiniz məkana çatdırır.

Vaxtınıza Qənaət
İŞ PRİNSİPİ

Xidmətdən necə istifadə etmək olar?

1
Addım 1

Onlayn Sifariş

Tətbiqimiz və ya veb saytımız vasitəsilə sizə uyğun abunəlik paketini seçin, kuryerin gəlməsi üçün gün təyin edin.

2
Addım 2

Qeydiyyat və Qəbul

Kuryerimiz ünvana yaxınlaşır, geyimlərin ilkin vəziyyətini şəkillərlə qeydə alaraq xüsusi örtüklərdə təhvil alır.

3
Addım 3

Peşəkar Təmizləmə

Geyimlər seçdiyiniz tərəfdaş quru təmizləmə mərkəzinə yönləndirilir, növünə uyğun rejimdə təmizlənib ütülənir.

4
Addım 4

Ünvana Çatdırılma

Proses tamamlandıqdan sonra geyimləriniz tam hazır və təravətli şəkildə kuryer tərəfindən qapınıza təslim edilir.

Cleanify Qatlanmış Geyimlər

Təmizlik və güvən vəd edirik

Sizə zaman qazandırırıq

Sizə zaman qazandırırıq

VAXTINIZ BİZİMLƏ DAHA DƏYƏRLİDİR
Cleanify Badge
STANDARTLARIMIZ

Qarderobunuz üçün etibarlı xidmət modeli

Cleanify quru təmizləmə sənayesində illərlə formalaşmış real təcrübə üzərində qurulub. Bu təcrübə bizə Bakının ən etibarlı brendlərini seçib tək platformada birləşdirməyə imkan verir.

Sənaye təcrübəmizə əsaslanaraq hər tərəfdaş brendin keyfiyyət standartlarına cavab verdiyinə əmin oluruq. Əşyanız qapınızdan götürüləndə vəziyyəti qeydə alınır və təmiz halda, vədə uyğun ünvana geri qaytarılır.

Sənaye təcrübəsi ilə formalaşan standartlar
Geyimlərin ilkin vəziyyətinin qeydiyyatı və təhlükəsiz daşınma zəmanəti
Qrafikinizə uyğun təhvil və çatdırılma