Bu sənəddə (bundan sonra “Sənəd”) qeyd olunan şərtlər, www.cleanify.az saytı (bundan sonra “Veb-sayt”) ilə Veb-saytın istifadəçisi (bundan sonra “İstifadəçi”) arasında mübadilə olunan qarşılıqlı məlumatların məxfiliyinin təmin edilməsi məqsədini daşıyır.
www.cleanify.az veb-saytının “Məxfilik Siyasəti” Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun olaraq hazırlanmışdır.
1. MƏXFİLİK ŞƏRTLƏRİ
1.1. İstifadəçinin təqdim etdiyi məlumatlar “Fərdi məlumatlar haqqında” Qanunun 5.2-ci maddəsinə əsasən qorunur. İstifadəçinin razılığı olmadan və ya qanunla müəyyən edilmiş hallar istisna olmaqla, bu məlumatlar üçüncü şəxslərə ötürülmür.
1.2. Alış-veriş tarixi, istifadə edilən brauzer və əməliyyat sistemi kimi digər məlumatlar da məxfi saxlanılır.
2. MƏLUMATLARIN TOPLANMA MƏQSƏDİ
2.1. İstifadəçinin məlumatları aşağıdakı məqsədlərlə toplanır:
- Qeydiyyat və müqavilə üçün identifikasiya
- Əks-əlaqənin təmin olunması
- Texniki dəstək göstərilməsi
- Razılıq olduqda yenilik və kampaniyaların göndərilməsi
3. TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ
İstifadəçinin: Məlumatlarını təqdim və yeniləmək öhdəliyi var.
Veb-saytın rəhbərliyinin: Məlumatları yalnız məqsədəuyğun istifadə etmək və məxfiliyi qorumaq öhdəliyi var.
4. MƏLUMATLARIN İŞLƏNMƏSİ
4.1. Şəxsi məlumatlar qanuni üsullarla və vaxt məhdudiyyəti olmadan emal edilir.
4.2. Hüquqi tələblər olduğu halda dövlət orqanlarına təqdim edilə bilər.
5. DƏYİŞİKLİKLƏR
5.1. Veb-sayt rəhbərliyi istənilən vaxt bu siyasətə dəyişiklik edə bilər.
5.2. Dəyişikliklər sayt üzərindən qüvvəyə minir.
5.3. Suallar üçün www.cleanify.az saytına müraciət oluna bilər.